Главная » Файлы » Мои файлы |
Nakonec
25.12.2009, 17:12 | |
PREZİDENT
İLHAM ƏLİYEV XIRDALAN ŞƏHƏRİNDƏ QARABAĞ MÜHARİBƏSİ VETERANLARI, ŞƏHİD
AİLƏLƏRİ, DİGƏR KATEQORİYADAN OLAN ƏLİLLƏR ÜÇÜN İNŞA OLUNAN BİNANIN
AÇILIŞINDA İŞTİRAK EDİBLƏR Dekabrın 24-də Xırdalan şəhərində Qarabağ müharibəsi veteranları, şəhid ailələri, o cümlədən digər kateqoriyadan olan əlillər üçün inşa olunan binanın açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində əlil və şəhid ailələri üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına məlumat verdi ki, bu binanın tikintisinə 2007-ci ildə başlanılıb. 4 hektar ərazidə inşa olunan binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev mənzillərin orderlərini və maşınların açarlarını sahiblərinə təqdim etib. Şəhid anası Raya Aslanova dövlət başçısına əlillərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev də ölkəmizdə əlillərə, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini, bunun dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu dedi. Prezident İlham Əliyev ikiqat parolimpiya çempionu İlham Zəkiyevlə də görüşüb. Daha sonra dövlət başçısı və xanımı yeni istifadəyə verilən binada yaradılan şəraitlə tanış oldu. Qeyd edək ki, 1999-cu ildən başlayaraq əlillərə 2763 mənzil verilib. 2009-cu ildə 707 mənzilin inşası başa çatdırılıb. 269 mənzil, 9 bina və 40 fərdi ev artıq istifadədədir. Bu ilin sonuna kimi 221 mənzil, 6 bina da istifadəyə veriləcək. 2010-cu ildə isə 387 mənzil, 7 binanın təhvil verilməsi nəzərdə tutulur. Onu da deyək ki, 1998-ci ildən indiyə qədər bu kateqoriyadan olan insanlara 2614 avtomobil verilib. Bu il ərzində verilən avtomobillərin sayı 500 olub. Bu mərasimdə sahiblərinə təqdim olunan 200 avtomobil də alillərin qayğılarını azaltmaq, onların hərəkəti üçün nəzərdə tutulub. 2010-cu ildə daha 400 avtomobil əlillərə təqdim olunacaq. Prezident İlham Əliyev Xırdalan şəhərində Abşeron rayon İcra Hakimiyyətinin yeni inzibati binasının da açılışında iştirak edib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət başçısının diqqətinə çatdırdı ki, 4 mərtəbəli, xüsusi memarlıq üslubunda inşa olunan yeni inzibati binada İcra Hakimiyyəti işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xalqımızın ümummilli liderinin xatirəsi əbədiləşdirilib. İcra Hakimiyyətində ulu öndərin büstü qoyulub, Heydər Əliyevin Abşeron rayonunun inkişafında göstərdiyi xidmətləri özündə əks etdirən fotostend yaradılıb. Ulu öndər Heydər Əliyev Abşeron rayonu da daxil olmaqla ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna xidmətlər göstərib. Ümummilli liderin, Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri burada gedən inkişafı prosesini daha da sürətləndirib. Dövlət başçısı İcra Hakimiyyətindəki iş otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz olunub. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı və digər müşavirə otaqları da yaradılıb. Bina ilə tanışlıqdan sonra dövlət başçısı Abşeron rayon İcra Hakimiyyətinin kollektivi ilə görüşdü, onları bu hadisə münasibətilə təbrik edib. | |
Просмотров: 560 | Загрузок: 0 | |
Всего комментариев: 0 | |