İmtahanda rüşvətə görə 70 müəllim tutuldu

23:22 01-02-2010
Fevralın 1-də Zaqreb Universitetində imtahan suallarının cavablarını
satan 19 adamı iki il yarıma qədər azadlıqdan məhrum ediblər.
Tutulanlardan üç nəfəri də iqtisadiyyat üzrə professordur.
Professorlara səkkiz aydan 20 aya qədər azadlıqdan məhrumetmə cəzası
veriblər. Onların arasında Xorvatiya parlamentində Etika Komitəsinin
keçmiş rəhbəri Desa Milkotin Tomic də var.
Professorları vəzifədən sui-istifadə etmək və rüşvət almaqda ittiham
ediblər. Məhkəmənin qərarı ilə onlar iki ildən beş ilə qədər təhsil
sistemində işləməkdən də uzaqlqşdırılıblar.
Tutulanların sırasında Universitetin inzibati işlərində çalışanlar, tələbələr, vasitəçilər də var.
İttihama görə imtahandan keçə bilmələri üçün tələbələrdən bir neçə yüz avrodan 2000 avroya qədər rüşvət alınırmış.
2008-ci ildən başlayaraq Xorvatiyada ali məktəblərdə rüşvətlə kütləvi
mübarizə başlayıb. Həmin ilin sentyabrın indiyə qədər müxtəlif ali
məktəblərdən 70 müəllim həbs edilib. Onların arasında 20 nəfər də
iqtisadiyyat, nəqliyyat fakültələrinin professoru var.
Xorvatiya 2012-ci ildə Avropa Birliyinə daxil olmağa çalışır. Birlik
bunun üçün ondan korrupsiya ilə kəskin mübarizə şərti qoyub.